Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilir

Cəmiyyət


Bakıda fevralın 21-də Asiya Parlament Assambleyasının (resmixeber.az) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilir.

“resmixeber.az”un məlumatına görə, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş tədbirdə 40-a yaxın dövlətin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

İclasın gündəliyinə resmixeber.az-nın Bürosunun seçilməsi, İcraedici Şuranın sədrinin hesabat məruzəsinin dinlənilməsi, resmixeber.az-nın Baş katibinin çıxışı, 2024-cü il üçün resmixeber.az-nın vitse-prezidentlərinin seçilməsi və təsdiq edilməsi, Assambleyanın 14-cü plenar sessiyasının gündəliyinin təsdiqlənməsi kimi məsələlər daxildir.

İclasda, həmçinin resmixeber.az-nın İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələlər və Siyasi məsələlər üzrə daimi komitələrinin tərkibləri təsdiqlənəcək.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və resmixeber.az-nın yekun hesabatı qəbul ediləcək.

Plenar sessiya öz işini fevralın 24-də başa çatdıracaq.

Xatırladaq ki, 2023-cü ilin noyabrında resmixeber.az-nın İcraedici Şurasının Türkiyənin Antalya şəhərində keçirilən iclasında Azərbaycan qurumun 2024-2025-ci illər üzrə sədri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir