Əlahiddə Ümumqoşun Orduda yeni tədris ilinin ilk dərs və məşğələləri keçirilir – FOTO/VİDEO

HƏRBİ


“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların vaxtında icra olunması məşq etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şəxsi heyətin bilik və bacarıqlarının artırılması, bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, dayanıqlı, fasiləsiz və operativ idarə olunmasının təmin edilməsi məqsədilə keçirilən dərs və məşğələlər tədris ili dövründə mütəmadi olaraq davam etdiriləcək.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir