Müğənni həyat yoldaşını öldürməyə görə tutulan şəxsin məhkəməsi başlayır

Kriminal


Müğənni olan həyat yoldaşını öldürməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

resmixeber.az xəbər verir ki, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə keçən il oktyabrın 16-da baş verib.

1984-cü il təvəllüdlü Anar Həşimovun Nizami rayonu, Şərifli küçəsində birgə yaşadıqları mənzildə ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Yaqut Həşimovanı bıçaq xəsarətəri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Yaqut Həşimova müğənni olub, Yaqut Nəriman kimi tanınıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir