Güclü külək Mingəçevirdə ağacları aşırıb, elektrik və rabitə təsərrüfatına zərər dəyib – FOTO

Cəmiyyət


Güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlar törədib.

“resmixeber.az”un məlumatına görə, şəhərin bəzi prospekt və küçələrində irigövdəli ağaclar aşıb.

Nəticədə nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.

Bundan başqa, elektrik və rabitə təsərrüfatına zərər dəyib.

Küləyin şəhərdə yaratdığı fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti idarə və qurumlar tərəfindən işlər görülüb.

Qeyd edək ki, yanvarın beşi axşam saatlarında başlayaraq ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir