Dilarə Tağıyeva: “2024-cü ilin şərəfinə “Əjdaha yuvası” kompozisiyasını yaratdım” – FOTO

Mədəniyyət


“Bu il heyrətamiz olacaq”.

Bu sözləri “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində keçirilən “ART-ELKA” sərgisində resmixeber.az-a açıqlamasında rəssam Dilarə Tağıyeva deyib.

O, 2024-cü ilin şərəfinə “Əjdaha yuvası” kompozisiyasını yaratdığını qeyd edib:

“Milad ağaclarına və Yeni ilə həsr olunmuş sərgidir. Milad ağacı evdə rahatlıq, qayğı və birlik simvoludur. Yuva da eyni mənanı verir. Biz hamımız Miladı qeyd edəcəyik. Bir neçə gündən sonra “əjdaha” yumurtadan çıxacaq. Bütün bunlar Yeni ilin simvollarıdır.

Əjdaha çox qüdrətli, güclü mifoloji varlıqdır. O, gücü, bolluğu simvolizə edən ən gözəl məxluqdur. Və düşünürəm ki, bu il heyrətamiz olacaq”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir