Mikayıl Müşfiqin Xatirə Muzeyinə aparan körpü uçub – FOTO

Cəmiyyət


Xızı rayonunda görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xatirə Muzeyinə aparan körpü uçub.

Sözügedən məsələ ilə əlaqədər Mədəniyyət Nazirliyindən resmixeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, Xızı rayonunun Sayadlar kəndində fəaliyyət göstərən Mikayıl Müşfiqin Xatirə Muzeyinə gediş-gəlişi təmin edən körpü təbii fəlakət nəticəsində yararsız hala düşüb.

“Bu hadisə mədəniyyət müəssisəsinin binasına ziyan vurmayıb”, – deyə sorğuya cavabda qeyd olunub.

Nazirlik yol infrastrukturunun bərpası ilə bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlərin görüldüyünü də əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir