Fatih Terim yeni klubu “Panatinaikos”a ilk transferini etdi – FOTO

Dünya


Yunanıstanın “Panatinaikos” klubunun başına keçən türkiyəli baş məşqçi Fatih Terim ilk transferini Super Liqadan edib.  

Terim “Trabzonspor”da çıxış edən yunan yarımmüdafiəçi Anastasios Bakasetası klubun heyətinə qatmaq niyyətindədir və “Panatinaikos” bununla bağlı hərəkətə keçib.

“Panatinaikos”un 30 yaşlı təcrübəli futbolçuya bonuslarla birlikdə illik 2 milyon avro təklif edəcəyi bildirilir.

“Trabzonspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq Bakasetasın müqavilənin uzadılması ilə bağlı təklifləri rədd etdiyi və klubdan ayrılmaq qərarına gəldiyi iddia edilir.

Futbolçunu boşu-boşuna itirmək istəməyən “Trabzonspor”un isə təxminən 1 milyon avro müqabilində təklifə “hə” deyəcəyi ehtimal edilir.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir