Məşhur nəşr açıqladı: “Tramp seçkilərdə qalib gələrsə, hansı addımları atacaq?”

Dünya


ABŞ-də prezident seçkisində Donald Tramp qalib gələrsə, Avropaya müdafiə yardımını kəsə bilər.

Həmçinin ümumi daxili məhsulun (ÜDM) iki faizini müdafiə sahəsinə ayırmayan NATO ölkələrinə ticarət tarifləri tətbiq edə bilər.

Bu barədə “Reuters” nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, eyni zamanda ehtiyat edilir ki, ABŞ-nin keçmiş rəhbəri Ukraynaya yardımı dayandırmaq niyyətindədir.

Trampın seçkiqabağı kampaniyası ilə məşğul olan komandanın ehtimallarına görə, o, 2024-cü il martın 19-dək Respublikaçılar Partiyasından namizədliyini rəsmi şəkildə irəli sürə bilər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir