Bakıda yaşayış binasında yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görülür – YENİLƏNİR

Cəmiyyət


Paytaxtın Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binada başlayan yanğınla əlaqədar polis əməkdaşları xidmətə çıxarılıblar.

Bu barədə resmixeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ərazidə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.

09:14

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

“resmixeber.az” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, “Yeni Yasamal” massivi, Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.

Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.

Hadisə yerinə yanğınsöndürənlər gəliblər.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir