Liviya sahillərində qayıq batdı: Azı 61 nəfər suda boğuldu – FOTO

Dünya


Liviya sahillərində qayığın batması nəticəsində azı 61 nəfər ölüb.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Liviya bölməsi “X” hesabında məlumat yayıb.

Təşkilat fəlakət zamanı qadın və uşaqların da həlak olduğunu yazıb. Hadisənin səbəbləri açıqlanmayıb.

Qurumun məlumatına görə, qayıq Liviyadan yola düşüb və içərisində təxminən 86 nəfər olub, lakin onlar hara getdiyi məlum deyil.

Batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini və 25 nəfəri Tripoli yaxınlığındakı saxlanma mərkəzinə göndərdiklərini qeyd ediblər.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir