Sumqayıtda 42 yaşlı usta itkin düşüb

Cəmiyyət


Sumqayıt şəhərində 42 yaşlı usta itkin düşüb.

“Report” xəbər verir ki, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Mahir Sadıq oğlu Soltanov usta işlədiyi mebel salonundan çıxıb və naməlum istiqamətdə gedib.

Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb.

Faktla bağlı polisə məlumat verilib.

www.RESMIXEBER.az