UNICEF-in rəhbəri Misirdə yaralandı, İsrailə səfəri təxirə salındı

Dünya


Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel çərşənbə axşamı Misirdə yol qəzasında xəsarət alıb.

Bu barədə “Reuters” fond nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, yaraları səbəbindən onun İsrailə səfəri təxirə salınıb.

“Hesab edirik ki, “Rəfah” keçid məntəqəsinə gedərkən avtomobil böyük çuxura düşüb və ya ondan yayınmağa cəhd edib. bu, avtomobilin dərin xəndəyə sürüşərək yan üstə yuvarlanmasına səbəb olub”, – fond nümayəndəsi bildirib.

O qeyd edib ki, Rassel xəsarətlər alıb və kiçik narahatlıqlar yaşayır, lakin onun yaraları ciddi hesab edilmir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir