“Nəsil Ağacı” filminin gənclər üçün nümayişi keçiriləcək – FOTO

Cəmiyyət


Noyabrın 16-da “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə keçirilən “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində “Nəsil ağacı” sənədli filminin gənclər üçün nümayişi keçiriləcək.

resmixeber.az xəbər verir ki, filmin nümayişi “Park Cinema” kinoteatrlar şəbəkəsinin təşkilati dəstəyi ilə həyata keçirilir.

“Nəsil Ağacı” filmi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi Azərbaycanlıların Qayıdışına həsr olunmuş “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb. Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsinin qaliblərindən biridir.

“Nəsil Ağacı” filmində Qərbi Azərbaycandan deportasiya edilən həmvətənlərimizdən, məşhur ailələr, ziyalılar və nəsillərdən bəhs olunur. Film bir neçə ailənin hekayəsi timsalında Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.

Ekran əsərində qeyd olunur ki, XX əsrdə hazırkı Ermənistan ərazisindən azərbaycanlı əhali 4 dəfə kütləvi deportasiyaya məruz qalıb. Bu deportasiyalar zamanı ümumilikdə 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından didərgin düşərək qaçqın həyatı yaşamağa məhkum olunub. Buna baxmayaraq, Qərbi azərbaycanlılar adət-ənənələrini qoruyub saxlayaraq gələcək nəsillərə ötürürlər. Onların “Nəsil ağac”larının budaqları burada olsa da, kökləri Qərbi Azərbaycandadır. Onlar böyük faciələr, çətin günlər yaşasalar da, həmişə öz doğma torpaqlarına qayıdacaqları günü ümidlə gözləyirlər.

Filmin çəkilişləri Bakıda və xüsusilə Qərbi Azərbaycandan olan soydaşlarımızın vaxtilə öz yurdlarından ermənilər tərəfindən məcburi deportasiya olunandan sonra kompakt yaşamağa başladıqları Göygöl, Goranboy və Gəncə şəhərində lentə alınıb. Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyev, operatoru Vüqar Şıxəliyev və montaj rejissoru Elmar Tariyeloğludur.

Filmin təqdimatında iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/fyFWZ

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir