Hacıqabulda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verdi

Cəmiyyət


Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər yaralanıb.

“resmixeber.az”un məlumatına görə, hadisə şəhərin Əsədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı 1965-ci il təvəllüdlü İsmayılova Güldanə Mahal qızı, 1994-cü il təvəllüdlü Babazadə Zahid Rahim oğlu, 1989-cu il təvəllüdlü Əliyev Yaqub Faiq oğlu, 1967-ci il təvəllüdlü Əliyeva Mehriban Rüstəm qızı və 1954-cü il təvəllüdlü Mirzəliyev Qiyas Mirzəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir