Bakıda 83 yaşlı kişinin pensiyası kəsilib?

Cəmiyyət


83 yaşlı Bakı şəhər sakininin pensiyası kəsilib. 

Bununla bağlı iddialar sosial şəbəkələrdə yayılan məlumatlarda öz əksini tapıb.

Məlumatda iddia edilir ki, 1940-cı il təvəllüdlü Mirzəbala Novruzov iki aydır pensiya almır. 

Onun hansı səbəbdən pensiyasının kəsildiyi isə bildirilmir. 

Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən Mirzəbala Nuhi oğlu Novruzova noyabr ayı da daxil olmaqla bütün ödənişlər həyata keçirilib:

“Onun aidiyyəti üzrə müvafiq banka müraciət etməsi tövsiyə olunur”.

Nazirlikdən yaşlı kişinin pensiyasının kəsilmə səbəbi ilə bağlı isə heç bir cavab verilməyib. 

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir