Qanunsuz saxlanılan odlu silahlar polisə təhvil verilib

Kriminal


Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir