Sabirabadda partlayış nəticəsində xəsarət alan qadının vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Cəmiyyət


Sabirabadda qaz partlayışı nəticəsində xəsarət alan qadın xəstəxanadan evə buraxılıb.

Bu barədə resmixeber.az-a Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, 1978-ci il təvəllüdlü vətəndaş 5 noyabr tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“Ona zəruri tibbi xidmət göstərilib və yuxarı ətrafın, çiyin qurşağı nahiyəsinin bilək və əl istisna olmaqla dəqiqləşdirilməmiş dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxş hesab olunan pasiyent ambulator müalicə üçün evə buraxılıb”.

09:42

Sabirabadda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir qadın yanıq xəsarətləri alıb.

resmixeber .az xəbər verir ki, partlayış ötən gün Sabirabad şəhəri Heydər Həmidov küçəsi, ev 59-da qeydə alınıb. Partlayış evin mətbəx hissəsində baş verib. Həmin zaman mətbəxdə olan ev sahibi Südabə Zərbəliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir