DYP-dən sürücülərə MÜRACİƏT: “Lazımsız ifadələri avtomobillərinin üzərində gəzdirməyin” – FOTO/VİDEO

Cəmiyyət


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nəsimi DYPŞ-nin əməkdaşları ilə birlikdə paytaxtın Azadlıq prospektində keçirilən nəzarət tədbirləri zamanı aşkarlanmış nöqsanlar sürücülərin eləcədə digər hərəkət iştirakçılarının diqqətinə çatdırılıb.

Bunu resmixeber.az-a açıqlaması zamanı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, belə tədbirlər paytaxtın digər ərazilərindədə mütəmadi keçiriləcək:

“Əsas məqsədimiz ondan ibarətdir ki, cəmiyyətdə ictimai qınaq düzgün formalaşdırılsın, küçələri, prospektləri avtomobillərdən müxtəlif tullantılar atmaqla çirkləndirən, ətrafdakı insanlara hörmətsiz münasibət göstərən şəxslər, eləcə də avtomobillərin üzərinə lüzumsuz yazılar, ifadələr yazmaqla digər sürücülərin diqqətini, ətrafdakı insanların hüquqlarına, maraqlarına, ictimai növqelərinə uyğun olmayan tərzdə hər hansısa bir fikirlərin çatdırılması istər qanunvericilik çərçivəsində, istərsə də, mənəvi baxımdan kifayət qədər ciddi məsuliyyətlər formalaşdırdığını sürücülərin diqqətinə çatdırdıq. Sürücülərin bu kimi hallardan çəkinməyini xahiş edirik. Sürücülərdən əsasən xahişimiz odur ki, avtomobillərini texniki saz vəzittəyyətində idarə etsinlər, özlərini və ətrafdakı insaların həyat və sağlamlıqlarına diqqət yetirsinlər, yol hərəkəti iştirakçısı kimi lüzumsuz, lazımsız ifadələri avtomobillərinin üzərində gəzdirməsinlər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir