Altı ilə yaxın həbsdən sonra bəraət verildi – 161 min manat təzminat alacaq

Kriminal


“Tərtər işi” üzrə bağlı bəraət almış gizir Məcid Qasımov maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi iddia tələbini qismən təmin edib.

Qərara əsasən, M.Qasımova həbsdə qaldığı 5 il 7 aya görə ümumilikdə 161 754 manat (maddi ziyana görə 61 254 manat, mənəvi ziyana görə 100 500 manat) təzminat kəsilib.

Vəsait Maliyyə Nazirliyi vasitəsilə iddiaçıya ödənilməlidir.

Qeyd edək ki, Məcid Qasımov 2017-ci ildə həbs edilib. Tərtər Rayon Məhkəməsinin hökmü ilə ona 10 il müddətinə həbs cəzası təyin edilib. İş üzrə istintaq yeniləndikdən sonra – 2022-ci ildə M.Qasımova bəraət verilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir