Sürücü park edilmiş maşını vurub qaçıb: Dəymiş zərəri ödəmir – FOTO

Cəmiyyət


Bakıda qayda pozan sürücü qəza törədərək hadisə yerindən yayınıb.

Bu barədə zərərçəkmiş sürücü Rusif Nehmətov avtosfer.az-a müraciət edib.

O bildirib ki, idarə etdiyi 90-KM-773 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobillə sentyabrın 21-də, paytaxtın Oktay Orucov küçəsində  hərəkətdə olarkən başına xoşagəlməz hadisə gəlib:

“Maşınımı park edib işə getdim. Qayıdanda gördüm ki, güzgünü kimsə vurub qaçıb. Hadisə ilə bağlı dərhal “102” qaynar xəttinə şikayət etdim. Bu vaxt yaxınlıqda olan bir şəxs mənə yaxınlaşaraq qəza törədib qaçan avtomobili gördüyünü dedi. Məlum oldu ki, qəzanı 90-AZ-331 dövlət nömrə nişanlı avtomobilin sürücüsü törədib. Bu barədə də polisə məlumat verib ərizə ilə müraciət etdim. Lakin sürücü hələ də dəymiş ziyanı ödəmir. Xahiş edirəm ki, avtomobilimə dəymiş maddi ziyan ödənilsin”, – deyə zərərçəkmiş sürücü bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir