Dövlət qurumlarına göndərilən iki milyondan çox zərərli elektron poçt blok edilib

Cəmiyyət


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 3 rübü ərzində ümumilikdə 21 milyon 738 min elektron poçt emal edilib.

XRİTDX-nin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülleteninə istinadən xəbər verilir ki, elektron poçtlardan 19 milyon 467 mini istifadəçilərə çatdırılıb, 2 milyon 4 mini zərərli tərkibli olması ilə blok edilib.

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 543 domen adı ilə dövlət qurumlarının 30 000 əməkdaşı istifadə edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir