Şəkidə “Ford” traktorla toqquşdu: Ölən var

Cəmiyyət


Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində minik avtomobili traktorla toqquşub, ölən var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oktyabrın 28-də saat 18 radələrində 1965-ci il təvəllüdlü Əsgər Əfkər oğlu Vahabovun idarə etdiyi traktorla Sahib Məmməd oğlu Əhmədovun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində traktorun sürücüsü Ə.Vahabov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir