Ağ Ev Latın Amerikasında cinayətkar dəstələrə qarşı zərbələri davam etdirəcəyinə söz verib

Baş səhifə

Bakı. Trend:

Ağ Ev administrasiyası Latın Amerikasında fəaliyyət göstərən
cinayətkar qruplaşmalara qarşı zərbələri davam etdirmək
niyyətindədir. Bunu Venesuelanın “Tren de Araqua” qruplaşmasının
liderinin zərərsizləşdirilməsi fonunda Ağ Evin nümayəndəsi Oliviya
Ueyls bildirib.

Bu barədə “The Washington Post” qəzeti yazır.




“Birləşmiş Ştatlar amerikalılara qarşı hücumlar planlaşdırmaq
niyyəti və imkanı olan istənilən qruplaşmanı bundan sonra da
müəyyən edib zərərsizləşdirəcək. İstər milyonlarla amerikalını
zəhərləyən ölümcül kartellər olsun, istərsə də cihadçılar”, – deyə
məlumatda bildirilir.

Ötən həftə ABŞ Prezidenti bəyan edib ki, ABŞ Silahlı Qüvvələri
Venesuela hakimiyyəti ilə birgə “Tren de Araqua” qruplaşmasının
başçısı Nino Gerreroya qarşı əməliyyat keçirib və onu uğurla
zərərsizləşdirib.