Mingəçevirdə avtomobil işıq dirəyinə çırpılıb, iki nəfər xəsarət alıb

Baş səhifə

Mingəçevir. Trend:

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in yerli müxbirinin məlumatına görə, qəza şəhərin
M.Maqomayev və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən yol
dairəsinin yaxınlığında qeydə alınıb.

İlkin məlumata əsasən, qadın sürücünün idarə etdiyi “Hyundai”
markalı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə
çırpılıb. Güclü zərbə nəticəsində işıq dirəyi aşıb.




Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan 32 yaşlı Aysel
Ağayeva və 37 yaşlı Mərziyə Mustafayeva təcili tibbi yardım
briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.