Regionlarda yağış, Bakıda külək – FAKTİKİ HAVA

Baş səhifə

Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 10:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Xidmətdən Modern.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 7, Qusarda 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Şahdağ, Gədəbəy, Göygöl, Gəncə, Samux, Naftalan, Şəmkir, Ağstafa, Balakən, Zaqatala, Şəki, Oğuz, Neftçalada 1 mm-dək qeydə alınıb.

İyunun 20-si saat 22:06 radələrində Qazax rayonunun bəzi kəndlərinə iri dənəli dolu düşüb.

Bakıda və Abşeron yarımadsında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 28 m/s-dək güclənir.

Xınalıq, Qrız, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35-39, Culfada 40 dərəcəyədək, Aran rayonlarıda 38, dağlıq rayonlarda 29 dərəcəyədək isti müşahidə olunub.