Ağ Ev: ABŞ Latın Amerikasındakı narkotik kartellərini hədəf almağa davam edəcək

Baş səhifə

Vaşinqton administrasiyası Latın Amerikası narkotik kartellərini hədəf almağa davam etmək niyyətindədir.

APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Olivia Ueyls bildirib.

“Amerika Birləşmiş Ştatları milyonlarla amerikalını zəhərləyən ölümcül kartellər və ya cihadçılar olsun, amerikalılara hücum etmək niyyəti və qabiliyyəti olan istənilən qrupu müəyyən etməyə və zərərsizləşdirməyə davam edəcək. Heç bir növ terrorçuya torpaqlarımızda təhlükəsiz sığınacaq tapmağa və ya xaricdən bizə hücum etməyə icazə verilməyəcək”, – Ueyls deyib.