Azərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində
keçirilən Dünya kubokunun qalibi olub.

75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda
Rami Kiuanla (Bolqarıstan) döyüşüb.




Hər 3 raundu öz xeyrinə başa vuran Cəfərov, yekunda 5:0 (30:27,
30:27, 30:27, 30:27, 29:28) hesablı qətiyyətli qələbə qazanaraq
Dünya kubokunun qızıl medalına sahib olub.

Beləliklə, Azərbaycan milli komandası 40 ölkədən 300 idmançının
qatıldığı və ilin ikinci reytinq xarakterli yarışı olan turniri 1
qızıl və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə
boksçularımızdan Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes
(90 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq bürünc mükafata
yiyələnmişdilər.