ABŞ bəzi aktivlərini İrana qaytara bilər

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası ümid edir ki, İran BMT
müfəttişlərinin nüvə obyektlərinə girişinə icazə verəcək. Bunun
müqabilində ABŞ əvvəllər dondurulmuş aktivlərin bir hissəsini
Tehrana verməyə hazırdır.

Bu barədə “Axios” məlumat yayıb.




Nəşr mənbələrinə istinadən bildirir ki, Birləşmiş Ştatlar İranın
BMT müfəttişlərini danışıqların birinci mərhələsindən sonra ABŞ və
İsrail tərəfindən bombalanan nüvə obyektlərinə dəvət etməsini
istəyir. ABŞ bunun müqabilində İrana Qətərdəki 6 milyard dollar
həcmində dondurulmuş vəsaitinin bir hissəsini əldə etmək imkanı
verməyə hazırdır.