Paşinyan: “Bir neçə aya İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər”

Dünya


“Bir neçə aya İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib.

“Hazırda sənəd üzərində aktiv iş gedir”, – deyə N.Paşinyan qeyd edib.

O bildirib ki, tezliklə Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasında müsbət irəliləyişlər ola bilər.

N.Paşinyan Ermənistanın regionda bütün nəqliyyat və kommunikasiyaların açılmasında maraqlı olduğunu bəyan edib.

“Cənubi Qafqazda gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini təmin etmək üçün Ermənistanın hüquq-mühafizə orqanlarında bölmə də yaradılır”, – deyə N.Paşinyan əlavə edib.

Mənbə: Sputnik Ermənistan

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir