Həkim dönərdən zəhərlənən şagirdlərə qoyulan diaqnozu açıqladı

Cəmiyyət


“Xəstələrə qoyulan ilkin diaqnoz mədə-bağırsaq pozğunluğudur”.

Bu sözləri resmixeber.az-a açıqlamasında Sabunçu Tibb Mərkəzinin direktor müavini İlahə Şükürova deyib.

Onun sözlərinə görə, 24 oktyabr tarixində saat 18:00-dan ümumi halsızlıq, mədə bulantısı şikayətləri ilə 23 nəfərin müraciəti daxil olub:

“22 nəfər təcili yardım avtomobili ilə xəstəxanaya gətirilib. Bir nəfər valideyn tərəfindən gətirilib. Xəstələrin vəziyyəti stabildir. İlkin diaqnoz mədə-bağırsaq pozğunluğudur. Xəstələrdən nümunələr götürülüb. Həyati təhlükəsi olan xəstə yoxdur”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir