Rusiyanın Kamçatka yarımadasında Bezimyannı (Adsız) vulkanı püskürüb.
Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, vulkan 11 km məsafəyə kül atıb.
“Kamçatka vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 08:00) kül buludu dəniz səviyyəsindən 10-11 km yüksəkliyə qalxıb, 36×36 kilometr ölçülü kül buludu vulkandan şimal-şimal-şərq istiqamətində hərəkət edir”, – məlumatda deyilir.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
www.RESMIXEBER.az