Güclü küləklə müşahidə olunan yağıntılı hava Goranboyda fəsadlar yaradıb – FOTO

Cəmiyyət


Güclü külək Goranboy rayonunun 1 500-dən artıq sakini olan Boluslu kəndində fəsadlar törədib.

“resmixeber.az”un Qərb bürosunun məlumatına görə, gecə saatlarında müşahidə olunan qeyri-sabit hava şəraiti səbəbindən kənd ərazisində irigövdəli bir neçə ağac aşıb, bəzilərinin böyük budaqları sınıb.

Aşan ağaclardan biri isə elektrik xəttinin üzərinə düşüb və nəticədə qısaqapanma yaranıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, dünən axşamdan başlayaraq Qərb bölgəsində güclü küləklə müşahidə olunan yağışlı hava şəraiti müşahidə olunub. Gəncə şəhərində, Şəmkir və Goranboy rayonlarında bəzi ərazilərdə ağaclar aşıb, elektrik təsərrüfatına zərər dəyib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir