Bakıda yüksək sürətlə hərəkət edən avtomobil işıqforu aşırıb – FOTO

Cəmiyyət


Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Neapol küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edərək idarəetməni itirən “Hyundai” markalı minik avtomobilinin sürücüsü maşını işıqfora çırpıb.

Səkinin üzərinə çıxan avtomobil işıqforu yerindən qoparıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib. Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü hadisədən sonra qəza yerini tərk edib.

Yol infrastrukturuna ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir