Bərdədə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var – FOTO

Cəmiyyət


Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

10-XB-318 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı VAZ-2104 markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər Bərdə rayon Uğurbəyli kənd sakinləri – 1966-cı il təvəllüdlü Sevda Şükür qızı Məhərrəmova və 1961-ci il təvəllüdlü Cəmilə Mösum qızı Məhərrəmova xəsarət alıblar. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir