Həkimlər çətinə düşdülər, FHN köməyə gəldi – VİDEO

Cəmiyyət


Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin xəstəxanaya aparılması zərurəti yaranıb.

resmixeber.az xəbər verir ki, şəxsin ağırçəkili olması səbəbindən həkim briqadasına müvafiq köməyin göstərilməsi üçün FHN-ə müraciət daxil olub.

Belə ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1962-ci il təvəllüdlü S.Ramazanovanı beşmərtəbəli binanın dördüncü mərtəbəsindən binanın həyətinə endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir