Oğlum 11 əməliyyat keçirib və hazırda bahalı müalicəyə ehtiyacı var – YARDIM ÇAĞIRIŞI

Cəmiyyət


“Hazırda oğlumun ayağına sümüyün hissələrini bir-birinə birləşdirmək üçün nəzərdə tutulmuş metal ştift quraşdırılıb. Bərpa prosesi 6-7 ay çəkəcək, bundan sonra implant çıxarılacaq”.

Bu barədə Media.Az-ın redaksiyasına Kürdəmir rayon sakini, oğlu osteoporozdan əziyyət çəkən Turan Heydərova müraciət edib.

Son beş il ərzində 15 yaşlı Knyaz sümüklərin sıxlığının azalması ilə müşahidə olunan ağır sistem xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik nəticəsində sümüklər bərkliyini itirir və hətta kiçik bir təsir və ya təzyiq nəticəsində qırıla bilərlər.

Yeniyetmə artıq 11 əməliyyat keçirib və bu, son deyil. Buna baxmayaraq, xəstəlik geri çəkilmir. Sonuncu əməliyyatdan sonra həkimlər bahalı reabilitasiya terapiyası təyin etsələr də, ailənin buna imkanı çatmır. Knyaz artıq bir aya yaxındır ki, onun üçün qiymətli olan vaxtını itirib…

15 yaşlı Knyazın anasının sözlərinə görə, qohumları və dostlarının köməyi ilə onlar 11 əməliyyat keçirməyə imkan edə biliblər.

“Kredit, borc götürdük, qiymətli əşyalarımızı satdıq… Bütün bu əməliyyatlar özəl klinikalarda aparılıb, dövlət klinikaları bu cür əməliyyatlara yaxın durmur. Hazırda oğlumun ayağına sümüyün hissələrini bir-birinə birləşdirmək üçün nəzərdə tutulmuş metal ştift quraşdırılıb. Bərpa prosesi 6-7 ay çəkəcək, bundan sonra implant çıxarılacaq. Lakin bu müddət ərzində xüsusi müalicədən keçmək lazımdır. Bir ay keçib, amma biz hələ heç nə almamışıq. Hələ damcısalan üçün istifadə olunan dərmanlardan biri 285 manatdır. Apteklər onu bizə borc verməkdən imtina edirlər. Bizim hesablamalarımıza görə, bir aylıq müalicə 1000 manata başa gələcək və altı ay belə davam edəcək. Bundan əlavə, oğlumu müalicə edən professor mütəmadi müayinələr təyin edir. Hər dəfə Bakıya getmək isə əlavə xərcdir”, – deyə qadın bildirib.

O, göz yaşlarını güclə saxlayaraq oğlunun ayağındakı ağrının ona əzab verməsini, gecələr yatmadığını deyir.

“Tikişlər ayrılıb və imkanım olmadığı üçün ona kömək edə bilmədiyimə görə vicdan əzabı çəkirəm. Hər bir ana kimi mən də oğlumun məktəbə getməsini, dostları ilə vaxt keçirməsini, əsgərliyə getməsini istəyirəm. Həkimlər bizə belə bir ümid verirlər! Xahiş edirəm, Knyaza kömək edin! O qədər iş görülüb ki, yarıyolda dayanmaq insana pis gəlir. Kömək üçün müraciət etmədiyimiz tanışımız qalmayıb. Evdə qiymətli əşya da qalmayıb”, – deyə Turan xanım giley edir.

Biz laqeyd olmayan hər kəsdən mərhəmət göstərərək bacardıqca kömək olmağı xahiş edirik.

Turan xanımla (+994 51) 487 20 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir