Naxçıvanda magistral su xəttində qəza baş verib – FOTO

Cəmiyyət


Naxçıvan şəhərinin 3-cü mikrorayonu ərazisində, Babək küçəsində magistral su xəttində qəza baş verib.

“resmixeber.az”un yerli bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır.

Qəzaya görə 3-cü mikrorayon ərazisinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

Axşam saatlarında suyun verilişinin bərpa ediləcəyi gözlənilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir