Leninqradda dəhşətli qəza: Yük maşını məktəbli velosipedçilərin üzərinə “uçdu” – FOTO/VİDEO

Dünya


Rusiyanın Leninqrad vilayətində magistral yolda yük maşını yeniyetmə velosipedçilərin üzərinə “uçub”.  

Nəticədə 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Həmçinin iki nəfərin öldüyü deyilir.

Oqonki kəndinə gedən yol qovşağında yük maşını əvvəlcə olimpiya ehtiyatları məktəbinin bir qrup velosipedçisini müşayiət edən avtomobilə çırpılıb, sonra isə idmançıların üzərinə “uçub”. Qrupda 11 məktəbli və bir məşqçi olub.

Mənbə: “SHOT” “Telegram”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir