Tacikistanda yağışlardan sonra ölənlərin sayı artıb

Dünya


Tacikistanda güclü yağış və sel nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Mətbuat Xidməti məlumat yayıb.

“Vəhdətdə 17, Rudəkidə iki, Vərzobda iki nəfər olmaqla 21 adam ölüb”, – komitənin Mətbuat Xidmətinin rəhbəri Umeda Yusufi bildirib. O əlavə edib ki, idarənin əməkdaşları xilasetmə işlərini davam etdirirlər.

Qeyd edək ki, təbii fəlakət nəticəsində respublika ərazisində evlər, avtomobillər, körpülər zədələnib, təsərrüfat sahələri su altında qalıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir