Dəhşətli qəza törədən bloqer “Nikosayağı”nın atası: “Deyir dostuma birşey olsa, mən də özümə nəsə edərəm”

Cəmiyyət


“Hələ ki, yaxşı demək olmaz. Qabırğası qırılıb, boynunda kəskin ağrı var. Depressiyadadır. Dostunu soruşur. Deyir ona nəsə olsa, mən də özümə nəsə edərəm”.

Bu sözləri “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin atası, nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhətindən danışarkən deyib.

Xatırladaq ki, Avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir