Azərbaycanda futbolçu keçmiş klubunu məhkəməyə verdi

Kriminal


“Sumqayıt” futbol klubunun yarımmüdafiəçi Elşən Abdullayev sabiq komandası “Sabah”la bağlı məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, iddiaçı Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, futbolçu tapşırıq müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada bir dəfə qol vurub. O, son klubu “Səbail”lə yanaşı, “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah”da da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

E.Abdullayev bu ilin yanvarında “Səbail”dən “Sumqayıt”a keçib. O, “gənclik şəhəri” təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edir.

E.Abdullayev məhkəməyə verdiyi “Sabah”ın formasını 2021-ci ildə geyinib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir