İranda güneyli milli fəalların ailələri təhdid edildi – FOTO

Dünya


İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Güney Azərbaycanın müxtəlif bölgələrindən olan milli fəalların ailələrinə təhdid zəngləri ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Təbriz, Ərdəbil, Urmu, Xiyav (Mekinşəhr), Marağa, Tehran və digər şəhərlərin təhlükəsizlik orqanlarından milli fəallara zənglər edilərək, onlardan bir sıra sualları cavablandırmaq üçün aidiyyəti idarələrə gəlmələri tələb olunub. Lakin onlar bu tələblə razılaşmadıqdan sonra sözügedən idarə əməkdaşları milli fəalların ailələri ilə telefon əlaqəsi saxlayıblar.

ETTELAAT əməkdaşları onların idarələrə gəlməyəcəkləri təqdirdə barələrində ölçü götürüləcəyini bildiriblər.

Son iki gündə isə milli fəallar Tohid Əmirəmini, Yusif Kari, Fərşid Piçqanlı, Mehrdad Şeyxi və başqalarına zəng vuraraq hədələyiblər.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir