Avropa İttifaqı Nigerdə hakimiyyəti ələ keçirən qüvvələrə qarşı sanksiyalar tətbiq edəcək

Dünya


Avropa İttifaqı(Aİ) hərbi qiyamın baş verdiyi Nigerə qarşı fərdi sanksiyalar rejimi tətbiq edəcək.

Bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrellin yaydığı bəyanatda qeyd olunur.

Bəyanatda həmçinin qeyd olunur ki, Aİ Nigerdə konstitusiya quruluşunun bərpasına və seçkilər yolu ilə seçilmiş prezident Məhəmməd Bazuma tam dəstəyini ifadə edir.

Josep Borrell dünya ictimaiyyətini əmin edib ki, Avropa İttifaqı Nigerə humanitar yardım göndərməyə davam edəcək və Niger xalqının, xüsusən də onların insan hüquqlarının müdafiəsi naminə bu ölkənin vətəndaşlarına dəstəyini davam etdirəcək. 

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir