Azərbaycan Prezidenti: “Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var”

Siyasət


“Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Bu imkandan istifadə edərək, marşrutboyu biznes fəaliyyətinin stimullaşdırılmasının vacibliyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidirlər. Bu fürsətdən yerli istehsalın stimullaşdırılmasında istifadə edilməlidir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir