Dünya irsi obyektlərinə qarşı növbəti vandalizm: Fransalı qadın Piza qülləsinə adını yazdı

Dünya


İtaliyada dünya irsi obyektlərinə qarşı növbəti vandalizm aktı baş verib.

Məlumata görə, fransalı 19 yaşlı turist Pizanın əyilmiş qülləsinin sütunlarından birinin üzərində adının baş hərfləri və sevgilisinin adı yazılmış ürək şəkilli rəsm çəkib. O, təsviri iti cisimlə cızıb.

Bildirilir ki, qadın saxlanılıb. Turist “ağırlaşdırıcı şəraitdə milli arxeoloji, tarixi və bədii irsə ziyan vurmaqda” ittiham olunur.

İtaliyada belə bir vandalizm cinayətinə görə 15.000 avroya qədər cərimə nəzərdə tutulur.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir