Ukrayna daha 22 hərbçisini Rusiya əsirliyindən geri qaytardı – FOTO/VİDEO

Dünya


Ukrayna daha 22 hərbçisini Rusiya əsirliyindən geri qaytarıb.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram” kanalında məlumat verib.

“Bunlar Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləridir, sıravi və zabit heyətidir. Onlar müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak ediblər, azad edilənlər arasında yaralılar da var”, – deyə məlumatda bildirilib.

Andrey Yermak qeyd edib ki, azadlığa buraxılanların hamısı fiziki və psixoloji reabilitasiya kursundan keçəcək, tibbi mütəxəssislərin dəstəyi ilə lazımi müalicəni alacaqlar.

Mənbə: NV.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir