Ukrayna səfiri Azərbaycana reabilitasiya üçün gətirilən uşaqlarla bağlı paylaşım edib – FOTO

Dünya


Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycana gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib.

resmixeber.az xəbər verir ki, diplomat “Facebook” hesabında yazıb:

“Artıq ikinci ildir ki, biz azərbaycanlı dostlarımızla birlikdə Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası və istirahəti layihəsinin icrasını davam etdiririk.

Bu dəfə qonaqpərvər Azərbaycana Ukraynanın suverenliyini və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edən və ya təəssüf ki, Vətənimizin işıqlı gələcəyi naminə canlarından keçmiş şəxslərin uşaqları təşrif buyurdular.

Qarşıda uşaqlarımızı zəngin iki həftəlik proqram və çoxlu rəngarəng və müsbət emosiyalar gözləyir”.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir