Azərbaycan Türkiyə ilə nəqliyyat və turizm əməkdaşlığını müzakirə edib – FOTO

Dünya


İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla nəqliyyat, turizm, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahələrində əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.

Bu barədə M.Cabbarov “Twitter” hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr Türkiyəyə işgüzar səfər çərçivəsində baş tutub, iqtisadi tərəfdaşlığın genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, Preferensial Ticarət Sazişinin icrasının ticarət əlaqələrinin gücləndirilməsinə verdiyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir