Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada üç gümüş medal qazanıb – FOTO

Cəmiyyət


18-23 iyul tarixlərində Parisdə keçirilən Beynəlxalq STEM Olimpiadasında azərbaycanlı məktəblilər yüksək nəticə göstərərək qızıl, gümüş, bürünc medal və fərqlənmə sertifikatları əldə ediblər.

resmixeber.az xəbər verir ki, məktəblilər arasında Esma Səlimova olimpiadanın yekun finalında üç kateqoriya – elm, riyaziyyat və kodlaşdırma kateqoriyaları üzrə fərqlənərək üç gümüş medalla təltif olunub. 5-11-ci siniflər arasında keçirilən müsabiqədə Esma Səlimova bu il 5-ci sinfi bitirməsinə baxmayaraq, 5-8-ci sinif şagirdləri arasında seçilərək parlaq uğura imza atıb.

Qeyd edək ki, hər il keçirilən olimpiadaya bu il 22 ölkədən 500 iştirakçı qatılıb. Beynəlxalq STEM Olimpiadası elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə beynəlxalq olimpiada olaraq qeyd olunan dörd sahə üzrə vahid inteqrativ yanaşmanı əks etdirir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir