Fərhad Hacıyev: “Üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən dördü qadın, 18-i kişidir”

Cəmiyyət


“Üçüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən dördü qadın, 18-i kişidir”.

resmixeber.az-ın məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev ADA Universitetində qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, iştirakçılardan 13 nəfər Bakıdandır:

“Doqquz nəfər regiondandır. 10 nəfər dövlət, 10 nəfər özəl, iki nəfər isə beynəlxalq qurumlarda çalışanlardır”.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin 22 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.

Məlumat üçün bildirək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə beş mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində sərəncam imzalanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir